[b]Kaxaber Sxadadze: O, başqa komandaya getməyəcək[/b]
15.05.2014 - 14:44
[b]Kaxaber Sxadadze: O, başqa komandaya getməyəcək[/b]

“Slavço Georgiyevski başqa komandaya getməyəcək. Ona ehtiyacımız var”. Bunu apasport.az saytına açıqlamasında “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
 

Cari mövsümə uğursuz start verən və 6 oyundan sonra 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “İnter” finala ikinci pillədə çatmaqla, sürprizə imza atmış oldu. Ölkəmizi Avropa Liqasında təmsil edəcək paytaxt klubu müqaviləsi başa çatan futbolçularla danışıq masası arxasına əyləşib.
 

“Bankirlər” Hindistan və Yaponiya klublarından təklif alan Georgiyevskini düşərgədə saxlamaqda israrlıdır: “Slavço təlim-məşq toplanışı zamanı hamıdan çox qaçır. Avrokuboklarda bu cür futbolçular bizə lazımdır”.
 

Sxadadze bildirib ki, Səlahət Ağayevlə də müqavilə imzalanacaq: “Onu “Xəzər Lənkəran” da heyətinə qatmaq istəyirdi. Amma qapıçı ilə danışıqlarımız müsbət yekunlaşıb. Səlahət komandada qalacaq. Onunla yeni müqavilə imzalanacaq”.
 

Gürcü mütəxəssis Ruslan Əmircanov, Vaqif Cavadov və Brüs Abdullayenin durumu haqda da danışıb: “Ruslanla məsələ açıq qalıb. Onun cavabını gözləyirik. Vaqiflə Brüsin durumuna isə AZAL-la matçdan sonra aydınlıq gətiriləcək”.