“İnter” klubundan ayrılmaq istəyən daha bir futbolçu bəllidir. Bu barədə apasport.az saytına paytaxt təmsilçisinin baş məşqçisi Kaxaber Sxadadze məlumat verib. O bildirib ki, böyük ehtimalla həmyerlisi, müqaviləsi başa çatan 36 yaşlı yarımmüdafiəçi Aleksandr İaşvili ilə sözləşmə uzadılmayacaq.
Çalışdırıcı İaşvilinin Gürcüstan Futbol Federasiyasında keçiriləcək prezident seçkilərinə qatılmaq arzusunda olduğunu vurğulayıb: “İaşvili Gürcüstan Futbol Federasiyasında keçiriləcək prezident seçkilərinə qatılmaq fikrindədir”.
Xatırladaq ki, bundan öncə İvo Toborski, Asif Mirili, Elhad Nəziri və Samir Zərgərovla yolları ayırmışdı.