Kaxaber Sxadadze: Son ötürmələrdə dəqiqlik çatmırdı
14.02.2014 - 17:31
Kaxaber Sxadadze: Son ötürmələrdə dəqiqlik çatmırdı

“Burada oyun hər zaman gərgin keçir. Bu gün də istisna təşkil etmədi. Qalib gəlsək də, qol vəziyyətlərini dəyərləndirə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.

 

“İnter” bu gün Topaz Premyer Liqasının XXI turunun açılış oyununda səfərdə “Simurq”u 1:0 hesabı ilə məğlub edib. Sxadadze oyundan sonra təşkil edilən mətbuat konfransında asan qələbə qazanmadıqlarını ifadə edib: “Son ötürmələrdə dəqiqlik çatmırdı. İkinci hissədə hücumları artırdıq, qol vura bildik. İndi bizi qarşıda 3 vacib oyun gözləyir. Bu qarşılaşmaların nəticələri göstərəcək ki, “İnter” ilk “üçlük”də ola biləcəkmi, ya yox”.