Topaz Premyer Liqasında 2013/14 mövsümünün XVIII turunun başa çatması ilə qış fasiləsinə start verildi. Apasport.az saytının məlumatına görə, klublar bununla da transfer çalışmalarına başlamaq üçün hərəkətə keçdi.
Komandalar artıq transfer çalışmalarını başa vurub. Yanvarın 31-i transfer çalışmalarını yekunlaşdırmaq üçün son gün olub. Düzdür, bəzi oyunçular var ki, keçidləri rəsmiləşsə də, hələ də komandaların iştirak ərizələrinə adları salınmayıb. Elələri də var ki, özlərinə klub tapa bilmədiklərindən müqavilə ilə məxsus olduqları komandaların sifariş ərizəsindən adları çıxarılmayıb. Bunlara misal kimi “Simurq”un hazırlıqlarında iştirak etməyən Rövşən Əmiraslanovla Nenad Kisonu göstərmək olar.
Yeri gəlmişkən, “Xəzər Lənkəran”a keçən Slavik Alxasovu saymasaq (onsuz da bu futbolçu uzun müddətdir ki, “Sumqayıt”da çıxış edirdi – red.), “Neftçi”ni tərk edən futbolçu olmayıb. Ən çox futbolçu (12) “Sumqayıt”ı tərk edib ki, bunu da anlamaq olar. Çünki komanda autsayder imici daşıyır. Gedənlərin əvəzinə isə “Sumqayıt”a 8 oyunçu heyətə cəlb olunub ki, elə bu da 10 komanda arasında ən yüksək göstəricidir.
“Qarabağ”
Gedənlər: Miro Varvodiç, Kamil Hüseynov, Murad Səttarlı
Gələnlər: Caba Dvali
“Qəbələ”
Gedənlər: Şəhriyar Xəlilov, Tərzin Cahangirov, Deyan Kelhar
Gələnlər: Kamran Ağayev, Anar Nəzirov, Ruslan Tağızadə, Rafael dos Santos, Davron Erqaşev, Marat İzmaylov
“Neftçi”
Gedənlər:
Gələnlər: Elşən Abdullayev, Ruslan Qurbanov, Samir Məsimov, Elvin Bədəlov
“İnter”
Gedənlər: İlço Naumoski, Daniel Genov, Ramil Mansurov
Gələnlər: Dieqo Madriqal, Yoan Bokonyano
“Bakı”
Gedənlər: Mindauqas Kalonas, Kamran Ağayev, Rəhman Hacıyev, Elşad Manafov
Gələnlər: Tural Qürbətov, Əziz Quliyev
“Simurq”
Gedənlər: Orxan Səfiyaroğlu
Gələnlər: Murad Səttarlı, Usim Nduka, Benjamin Lambot, Mindauqas Kalonas
AZAL
Gedənlər: Vladimir Boqdanoviç, Freddi Borq, Natiq Kərimi, Yuri Fomenko, Ruslan Tağızadə
Gələnlər: Elçin Sadıqov, Axtam Xamroqulov, Nedo Turkoviç, Orxan Səfiyaroğlu, Rəşad Abdullayev, Laşa Kasiradze, Kərim Diniyev
“Xəzər Lənkəran”
Gedənlər: Duqlas Leyte, Radomir Todorov, Uğur Pamuk, Eduard Oriol
Gələnlər: Vyekoslav Tomiç, Deyan Blajevski, Tyeqo, Slavik Alxasov, Orxan Əliyev, Elias
“Rəvan”
Gedənlər: Əziz Quliyev, Sebastyan Kastro-Telyo, Sahib Savankulov, Fredrik Holster, Rəşad Abdullayev, Vüsal Qarayev
Gələnlər: Tyaqo Mirasema, Julio Sezar, Mitya Mörets, Boyan Markoviç, Oke Akpoveta
“Sumqayıt”
Gedənlər: Slavik Alxasov, Zaur Həşimov, Kərim Diniyev, Sabir Allahquliyev, Vüqar Əsgərov, Elşən Abdullayev, Nurlan Novruzov, Ruslan Qurbanov, Orxan Əliyev, Anar Nəzirov, Mirzəağa Hüseynpur, Elçin Sadıqov
Gələnlər: Elşad Manafov, Sahruddin Məhəmmədəliyev, Rəhman Hacıyev, Tərzin Cahangirov, Ramil Mansurov, Uğur Pamuk, Kamil Hüseynov, Şəhriyar Xəlilov