Bu gün İspaniyada “Bakı” ilə yoxlama oyunu keçirəcək Kiyev “Dinamo”sunun rəsmi saytı bu görüşlə bağlı respondentlərin fikirlərini öyrənib. Apasport.az saytının məlumatına görə, Ukrayna təmsilçisi oyunun hansı nəticə ilə başa çatacağını müəyyənləşdirməyə çalışıb.
Proqnozsevərlərin böyük əksəriyyəti “Dinamo”nun 3:0 hesablı qələbə qazanacağını düşünür. Buna inananların sayı 168 nəfərdir. 88 respondent isə Kiyev təmsilçisinin bakılıları 2:0 hesabı ilə məğlub edəcəyi qənaətindədir. 0:0 deyənlərin sayı isə 54-dür.
“Bakı”nın qələbə qazanacağını isə çox az adam ağlından keçirir. Məsələn, 1:0-ı 4, 3:0-ı 3, 2:0-ı 2, 3:2-ni isə 1 nəfər fikirləşir. Maraqlıdır ki, 1 respondent isə oyunun bol qollu - 3:3 bitəcəyini düşünür.