Kiyev “Dinamo”su və Moskva “Spartak”ı Rusiya klubunun yeni stadionunun açılışına həsr olunan yoldaşlıq görüşünü keçirməyəcəklər. Apasport.az saytının məlumatına görə, oyunun ləğv edilməsini “Dinamo” istəyib.
Kiyevlilərin Moskvaya getməkdən imtina etməsindən sonra hər iki klubun rəhbərliyi “fors-major vəziyyəti” əsas gətirərək, yoldaşlıq görüşünü ləğv ediblər. Hələlik “Dinamo”nu hansı komandanın əvəz edəcəyi bilinmir. Rusiya tərəfi “Dinamo”nun əvəzinə açılış oyununa Donetsk “Şaxtyor”unu dəvət edəcəyini istisna etməyib. Amma hazırda Ukrayna və Rusiya arasındakı münasibətlər nəzərə alınsa, Donetsk klubunun da Moskvaya səfər edəcəyi az inandırıcıdır.
Yeni stadionun açılış mərasimi iyulun 24-nə nəzərdə tutulub. Açılış matçında “Dinamo” və “Spartak”ın oynayacağı barədə bu ilin fevralında məlumat verilib.