Klaudio Ranyerinin yeni iş yeri bəlli oldu
12.06.2017 - 19:48
Klaudio Ranyerinin yeni iş yeri bəlli olub. Apasport.az saytının məlumatına görə, ötən mövsümün gedişində “Lester”dən ayrılan italiyalı mütəxəssis Fransada çalışacaq.
Yerli mətbuatın iddiasına görə, o, “Nant”ı çalışdıracaq. Xəbərdə 65 yaşlı mütəxəssisin “Nant”a görə Çindən gələn illik 10 milyon avroluq təklifdən imtina etdiyi qeyd edilib.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının 2015/16 mövsümündə “Lester”ə tarixində ilk dəfə çempionluq qazandıran Ranyeri, son mövsümdə ardıcıl uğursuz nəticələrdən sonra istefaya göndərilmişdi.
0
0