Klinsmann İngiltərə klubunun təklifini qəbul etmədi
13.02.2015 - 19:20
ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmann karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, almaniyalı mütəxəssis “Aston Villa”dan təklif alıb.
“Aston Villa” rəhbərliyi baş məşqçi postunda məhz Klinsmannı görmək niyyətindədi. Lakin ilk görüşdəcə 50 yaşlı mütəxəssis buna razılıq verməyib. “Aston Villa” Klinsmanna daha bir təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, Yurgen Klinsmannın ABŞ millisi ilə müqaviləsi 2018-ci ilin yayına qədərdi və o, həmin il təşkil ediləcək dünya çempionatının sonuna qədər vəzifəsində qalmaq fikrindədi.
0
0