Klopp: Sehirbaz deyiləm
02.04.2014 - 03:49
Klopp: Sehirbaz deyiləm

 

Dortmund “Borussiya”sının baş məşqçisi Yurqen Klop Çempionlar Liqasında “Real Madrid”lə oyun barəsində fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, baş məşqçi “Real” üçün baş ağrısı olmağa çalışacaqlarına söz verib.

 

“Mən sehirbaz deyiləm” - deyə, Klop dörddə bir finala çıxmalarını dəyərləndirib: “Bizim heyətdə itkilərimiz, çətinliklərimiz olsa da, bura kimi yüksələ bilmişik. Çünki bir çox yaxşı oyunçularımız var. Meydana çıxacaq futbolçularımız başlarından yuxarı tullanmağa da hazır olacaqlar. Biz hazırkı mövsümdə “Real” üçün çox mürəkkəb sınağa çevrilə bilərik. Buna nail olub-olmayacağımızı söyləyə bilmərəm. Amma çalışacağıq”.