Kloze: Mundialda qalib gəlmək vaxtımız yetişib
11.07.2014 - 23:01
Kloze: Mundialda qalib gəlmək vaxtımız yetişib

Almaniya millisinin hücumçusu Miroslav Kloze Argentina millisinə qarşı oyuna əzmkar əhval-ruhiyyədə çıxacaqlarını bildirib. Apasport.az saytının məlumatına görə, futbolçu qalib gəlmək istədiklərini vurğulayıb.

 

Kloze əvvəlcə öz rekordu barədə danışıb: “Dünya çempionatları tarixində yeni rekord müəyyənləşdirdiyimə çox sevinirəm. Amma hazırda bütün diqqətimi Argentina ilə matç üzərində cəmləmişəm. Bəli, mən Ronaldonun rekordunu qırdım. Amma bu, hazırda o qədər də vacib deyil. Əgər biz finalda məğlub olsaq, mənim rekordla bağlı sevincim ikinci plana keçəcək. Biz Braziliya üzərində qələbəni bayram etdik. Amma 24 saat sonra bu qələbəni yaddan çıxartdıq. Finalda ən yaxşı futbolumuzu nümayiş etdirməliyik. Finalda məğlub olmaq çox pis haldır. Ona görə də, bizim qələbə qazanmaq zamanımız yetişib”.