Kloze dünya çempionatlarının ən yaxşı bombardiri oldu
09.07.2014 - 03:00
Kloze dünya çempionatlarının ən yaxşı bombardiri oldu

 

Almaniya millisinin hücumçusu Miroslav Kloze dünya çempionatlarının final turnirinin tarixində ən yaxşı bombardiri olub. Apasport.az saytının məlumatına görə, alman futbolçu Braziliya yığmasının hücumçusu Ronaldonun rekordunu keçib.

 

Hazırda Klozenin aktivində 36 qol var. Karyerasını bir neçə il əvvəl bitirən Ronaldo isə 15 topla ikinci yerdədir. Kloze 16-cı qolunu yarımfinal matçında məhz Braziliya millisinin qapısından keçirib.