Klublarımız üçün uğurlu tarix
08.07.2014 - 18:01
Klublarımız üçün uğurlu tarix

Avropa Liqasının I təsnifat mərhələsində çıxış edən Azərbaycan klubları cavab oyunlarını iyulun 10-da keçirəcək. Apasport.az saytının məlumatına görə, “İnter”in evdə, “Qəbələ”nin səfərdə meydana çıxacağı gün klublarımız üçün uğurlu tarix sayılır.

Belə ki, iyulun 10-na təsadüf edən əvvəlki matçlarda təmsilçilərimiz quru qələbə qazanıb. 2004-cü ildə Finlandiya “Tampere”sini qonaq edən “Xəzər Universiteti” 1:0 hesabı ilə qalib gəlmişdi. İndiki “İnter” o vaxt İntertoto kubokunun II mərhələsindəki bu qələbə ilə mübarizəni dayandırmışdı. Gəmin matç bakılıların əvvəlki ad ilə son matçı idi.

2012-ci ildə isə Avropa Liqasının I təsnifat mərhələsində “Xəzər Lənkəran” səfərdə “Nomme Kalyu” ilə qarşılaşmışdı. Estoniyadakı görüşdə vurulan 2 cavabsız qolla cənublular mərhələ keçmişdi.

Qeyd edək ki, bu dəfə iyulun 10-da “İnter” Moldova “Tiraspol”u, “Qəbələ” Bosniya və Hersoqovinanın “Şiroki Briyeq” klubu ilə oynayacaq.