Kolumbiyalı hücumçu “Monako”nun transfer hədəfində
14.02.2014 - 02:55
“Sportinq”in kolumbiyalı hücumçusu Fredi Montero karyerasını Fransa çempionatında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə “A Bola” qəzeti xəbər yayıb.
Belə ki, “Monako” 26 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. Fransa klubunun nümayəndələri ötən həftə Portuqaliyaya gedərək Monteronun “Benfika” ilə matçdakı çıxışını izləyiblər. Məlumatlara görə, rəhbərlik bu keçidi mövsüm sonu reallaşdırmaq istəyir.
Qeyd edək ki, Kolumbiya millisinin də üzvü olan Montero qış transfer pəncərəsində ABŞ-ın “Settle Sounders” klubundan “Sportinq”ə keçib.
0
0