Kolumbiyalı hücumçu Cənubi Amerikada ən yaxşı futbolçu seçildi
01.01.2015 - 21:53
Kolumbiyalı hücumçu Cənubi Amerikada ən yaxşı futbolçu seçildi

Cənubi Amerikada 2014-cü ilin ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu, Argentina “River Pleyt”inin hücumçusu Teofilo Quterres olub.

 

29 yaşlı forvard Kolumbiya millisinin heyətində Braziliyada keçirilən dünya çempionatında 1/4 finala qədər irəliləməyi bacarıb. Quterres həmçinin, “River Pleyt”lə Libertadores Kubokundan sonra Cənubi Amerikada ikinci önəmli qitə kubokunu da qazanıb.

 

Ən yaxşı baş məşqçi adına isə Kolumbiya millisinin çalışdırıcısı Xose Pekerman layiq görülüb.