Türkiyədə baş məşqçi istefası artıq adi hal alıb. Apasport.az saytı xəbər verir ki, “Gənclərbirliyi”dən sonra Superliqanın digər komandası “Mersin İdmanyurdu”da ardıcıl baş məşqçi istefaları gerçəkləşməkdə davam edir.
Bülənt Qorxmazın istefasından sonra komandanın “sükanı arxası”na gətirilən Nurullah Sağlam cəmi 2 gün burda qala bilib. Klubla 1,5 illik müqavilə imzalayan Sağlam cəmi 1 dəfə komandanı məşqə çıxarmaq imkanı əldə edib. “Mersin İdmanyurdu”nun yeni prezidenti Hüseyin Çalışkan baş məşqçini fikrindən daşındırmaq istədiklərini, lakin onunla əlaqə saxlaya bilmədiklərini bildirib.
Prezident Nurullah Sağlamın istefa verməsinin səbəbi kimi əsas heyət oyunçuları ilə yolların ayrılmasını və əksər futbolçuların maaşlarının verilməməsini göstərib.
Qeyd edək ki, bu mövsüm “Gənclərbirliyi” klubu da tez-tez baş məşqçi dəyişikliyi ilə gündəmə gəlir.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi