Kompani: “Barselona” qarşısında qorxaq oyun nümayiş etdirdik
19.02.2014 - 04:56
Kompani: “Barselona” qarşısında qorxaq oyun nümayiş etdirdik

“Mançester Siti”nin təcrübəli müdafiəçisi Vensan Kompani Çempionlar Liqasının 1/8 finalındakı “Barselona” ilə oyunla bağlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli KİV-ə danışan belçikalı futbolçu Kataloniya klubu ilə ilk matçdakı 0:2 hesablı məğlubiyyəti dəyərləndirib.

 

Rəqibin fərdi ustalıqları olan futbolçular sayəsində qələbə qazandığını deyən Kompani meydanda qorxaq oyun nümayiş etdirdiklərini bildirib: “11 nəfərlə mübarizə apararkən “Barselona”ya həddən artıq hörmət göstərdik və çəkinərək oynadıq. Sanki, “gəlin, bizi məğlub edin” deyə qışqırırdılar. Onlar qətiyyən bu mövsüm qarşılaşdığımız ən çətin rəqib deyillərdi. Rəqib fərdi ustalığı olan futbolçuları sayəsində qələbə qazandı”.