“Komandamız bu oyuna tam bərpa oluna bilməmişdi”. Apasport.az saytının məlumatına görə, bu sözlər Koreya yığmasının baş məşqçisi An İk-Suya məxsusdu.
Asiya təmsilçisindən olan mütəxəssis Rusiyada keçirilən FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXVII ənənəvi beynəlxalq turnirində millimizə 3:0 hesabı ilə qalib gəldiyi matçdan danışıb: “Çünki ilk qrup mərhələsində ardıcıl 2 oyun keçirmişdik. Amma bizimlə müqayisədə Azərbaycan millisinin işi daha çətin idi. Çətinliklərə baxmayaraq, futbolçularımdan xarakter nümayiş etdirmələrini istədim. Onlar da bunun öhdəsindən gəldilər. Azərbaycan yığması yaxşı rəqibdir. Bir gün onları ölkəmizdə görmək istərdim”.