Kosta-Rika yığmasının futbolçusu “İnter”də!
21.01.2014 - 14:35
Kosta-Rika yığmasının futbolçusu “İnter”də!

Bakının “İnter” klubu qış fasiləsində ilk transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Kosta-Rika yığmasının yarımmüdafiəçisi Dieqo Madriqalla anlaşıb.

 

25 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanacaq.

 

Son klubu “Saprissa” olan cənubi amerikalı vətənində UKR (2008-10), “Erediano” (2010 və 2011-12) və “Santos” (2012) klublarında çıxış edib. Paraqvayda legioner həyatı yaşamış Dieqo 2011-ci ildə “Serro Poteno”nun şərəfini qoruyub. 2013-cü ildən “Saprissa”da çıxış edən Madriqal Kosta-Rika yığmasında 11 oyuna 1 qol vurub.

 

Qeyd edək ki, dünən “İnter”in düşərgəsində tibbi müayinədən keçən Dieqo Azərbaycana gələn 3-cü kosta-rikalıdır. Onadək ölkəmizdə Uinston Parks və Rendal Brenes də çıxış edib.