Kosta: Mən “Çelsi”də?
15.05.2014 - 19:42
Kosta: Mən “Çelsi”də?

 

 

“Atletiko Madrid”in hücumçusu Dieqo Kosta onun növbəti mövsüm “Çelsi”yə keçəcəyi barədə xəbərləri ciddi qəbul etməməyə çağırıb. Apasport.az saytının məlumatına görə, bundan əvvəl London klubunun 39 milyon avro qarşılığında Kostanın keçidi ilə bağlı razılığa gəldiyi bildirilirdi.

 

Kosta isə xəbəri qəti şəkildə təkzib edib: “Mənim “Çelsi”yə keçidim rəsmiləşib? İnsanlar bəzən axmaq-axmaq sözlər danışırlar”.

 

İspaniya millisinin heyətinə daxil edilən hücumçu bu il bütün turnirlərdə keçirdiyi 50 oyunda 36 qol vurub.