“Atletiko Madrid” klubunun hücumçusu Dieqo Kosta Serbiyaya gedib. Apasport.az saytının məlumatına görə, o, atları ətənə ilə müalicə edən ara həkiminin xidmətindən istifadə etmək niyyətindədir.
Kosta Çempionlar Liqasının mayın 24-də keçiriləcək final oyununa kimi sağalmağa ümid edir. Bundan əvvəl “Atletiko”nun baş məşqçisi Dieqo Simeone Kostanın finalda oyununun sual altında olduğunu bildirmişdi.
Futbolçu İspaniya çempionatının son turunda “Barselona”ya qarşı oyunda zədələnib. Buna baxmayaraq, “Atletiko” tarixində onuncu dəfə ölkə çempionu titulunu qazanıb.
Serbiyada yaşayan ara həkimi Maryana Kovaçeviç indiyə kimi bir çox məşhur futbolçuları vaxtından əvvəl sağaldıb. Onun müştəriləri arasında Robin van Persi, Frenk Lempard, Vensan Kompani, Yossi Benayun və Naycel de Yonq kimi məşhur futbolçular var.