“Qəbələ”nin məşqçilər korpusunda daha bir dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, son olaraq klubdan ayrılan qapıçı məşqçisi Dmitri Kramarenkonu əvəzləyən mütəxəssis bəlli olub.
Bu, yeni baş məşqçi Roman Qriqorçukun kadrından olan Andrey Qluşenkodu. “Çernomorets”də Qriqorçukun köməkçilərindən olmuş Qluşenko eyni vəzifəni “Qəbələ”də də davam etdirəcək.
Qeyd edək ki, 40 yaşlı Andrey Qluşenko 2011-ci ildən çalışdığı “Çernomorets”dən əvvəl “Metallurq”da (2009-2011) işləyib. O, futbolçu karyerası ərzində isə “Torpedo”, “Zvezda”, “Metallurq”, “İlliçevets” və “Çernomorets” kimi klubların formasını geyinib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı