Kristiano Ronaldo heyətdən çıxarıldı
20.10.2015 - 23:52
Kristiano Ronaldo heyətdən çıxarıldı

Ulduz futbolçu Kristiano Ronaldo həyatında ilk dəfə heyətdən çıxarılıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı futbolçu rol alacağı gözlənilən “Manipulyator” filminin heyətindən kənarlaşdırılıb.

 

Buna səbəb “Real”ın futbolçusunun canlandıracağı obrazın prototipi italiyalı milyarder Alessandro Protonun buna icazə verməməsidi.

 

Ancaq Ronaldo filmdə çəkilməsə belə müqavilə gərəyincə 10 milyon avro təzminat əldə edəcək.