Kriştianu Ronaldo “Real”da qalmayacaq
21.01.2015 - 12:37
Kriştianu Ronaldo “Real”da qalmayacaq

“Real”ın hücumçusu Kriştianu Ronaldo butslarını mıxdan asana qədər bu komandada qalmayacaq. Apasport.az xəbər verir ki, portuqaliyalı ulduz futbolçu, ümumiyyətlə, karyerasının son illərini Avropada keçirmək fikrində deyil.

 

Ronaldo Braziliyada oynamaq istədiyini söyləməklə hər kəsi təəccübləndirib: “Braziliya ilə aramda möhkəm bağlılıq var. Yaxın dostlarımın çoxu bu ölkədəndi. “Korintians” və “Flamenqo” da dünyanın tanınmış, adlı-sanlı klublarındandı. Karyeramın son illərində bu komandaların formasını geyinmək məni sevindirər”.

 

Qeyd edək ki, 30 yaşlı Kriştianu Ronaldo 3 dəfə “Qızıl top” mükafatının qalibi olub.