Kriştianu Ronaldo Karlo Ançelottinin qərarından narazı qaldı
08.01.2015 - 19:46
Kriştianu Ronaldo Karlo Ançelottinin qərarından narazı qaldı

İspaniya kubokunun 1/8 final mərhələsi çərçivəsində "Atletiko"ya qarşı ilk oyunun (0:2) start heyətində meydana buraxılmayan "Real"ın hücumçusu Kriştianu Ronaldo baş məşqçisi Karlo Ançelottinin bu qərarından narazı qalıb. Apasport.az saytının məlumatına görə, “Visente Kalderon” stadionunda 2:0 hesabı ilə uduzan Madrid təmsilçinin futbolçusu italiyalı mütəxəssisin bu hərəkətinə qarşı çıxıb.

 

Belə ki, ehtiyat oyunçular skamiyasında əyləşən Ronaldo etirazını xüsusi jestlərlə həmyerlisi Fabio Koentraoya bildirib. Portuqaliyalı forvard ikici hissədə meydana daxil olsa da, komandasını məğlubiyyətdən xilas etməyi bacarmayıb.

 

Qeyd edək ki, Ançelotti oyundan sonra Kriştianu Ronaldonu start heyətində meydana buraxmamasının səbəbini futbolçunun yorğun olması ilə əlaqələndirib.