Kriştianu Ronaldo Raulu keçdi
10.12.2014 - 01:02
Kriştianu Ronaldo Raulu keçdi

“Real”ın futbolçusu Kriştianu Ronaldo Raul Qonzalesi keçib. Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin hücumçusu Çempionlar Liqasının qrup mərhələsinin VI turu çərçivəsində evdə "Ludoqorets"lə hazırda davam edən matçda hesabı açıb.

 

Oyunun 20-ci dəqiqəsində penaltidən fərqlənən Ronaldo qitə miqyaslı ən titullu klub turniridin bombardirlər siyahısında qollarının sayını 72-yə yüksəldib.

 

“Real”ın əzəli rəqibi “Barselona”nın futbolçusu Lionel Messiyə isə onun çatması üçün 2 qol lazımdı. Argentinalı forvard ötən tur APOEL-lə matçda het-trik edərək, 74-cü qoluna imza atıb.

 

Qeyd edək ki, “Real” hazırda "Ludoqorets"ə 2:0 hesabı ilə qalib gəlir.