“Real” hücumçusu Kriştianu Ronaldo unikal nailiyyətə sahib olub. Apasport.az saytının məlumatına görə, portuqaliyalı futbolçu klublar arası dünya çempionatının finalında “San-Lorenso”ya 2:0 hesabı qalib gəlməklə, daha bir uğura imza atıb.
Belə ki, Ronaldo 2 klubun heyətində bütün beynəlxalq mükafatları başı üzərinə qaldırıb. O, bu titullara həm sabiq komandası “Mançester Yunayted”də, həm də Madrid təmsilçisində nail olub. Kriştianu İspaniya və İngiltərə çempionu, İspaniya Superkubku və Çempionlar Liqasını (2 dəfə) qazanıb.
Həmçinin, o fərdi mükafatlara da layiq görülüb – “Qızıl buts” və “Qızıl top”.
Qeyd edək ki, 6 il (2003-2009) “Mançester Yunayted”in formasını geyinən Ronaldo 2009-cu ildən “Real”da top qovur.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı