Kuarejma yenidən Türkiyəyə qayıdır
17.01.2015 - 17:17
Kuarejma yenidən Türkiyəyə qayıdır

Bir vaxtlar “Beşiktaş”da çıxış etmiş Rikardo Kuarejma yenidən Türkiyəyə qayıda bilər. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı ulduz futbolçu “Fənərbaxça”nın maraq dairəsindədi.

 

İstanbul nəhəngi onu “Portu”dan mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır. Türklər bu müddətdə futbolçunu bəyənərsə, yayda onu birdəflik transfer edəcək. Hazırda klublar arasında danışıqlar davam edir.

 

Qeyd edək ki, karyerası ərzində “Barselona”, “Sportinq”, “Çelsi”, “İnter” kimi məşhur komandaların formasını geyinmiş Kuarejma 2010-cu ildə İtaliya klubundan 7 milyon avro müqabilində “Beşiktaş”a keçmişdi.