AFFA-nın təşkil etdiyi U-14 Elit Kubokunun püşkü atılıb. Apasport.az saytının məlumatına görə, ardıcıl 2-ci dfə təşkil olunan yarışda 16 komanda mübarizə aparacaq.
Bunlardan 9-u Topaz Premyer Liqasında çıxış edən klubların aşağı yaş qruplarından olan komandalardır. Digər 5 komanda isə regional yığmalardı.
Püşkatma mərasimində bu 16 komanda 4 qrupa bölünüb. Dairəvi sistemlə keçiriləcək oyunlardan sonra komandalar olimpiya sistemi ilə mübarizəni davam etdirəcək.
Qeyd edək ki, ilk dəfə ötən il keçirilən U-14 Elit Kubokunun qalibi “Neftçi” olub.
A qrupu: “Bakı”, “Xəzər Lənkəran”, AZAL, Qərb Elit yığması
B qrupu: “Qəbələ”, “Qarabağ”, Şimal-Qərb Elit yığması, Mərkəz Elit yığması
C qrupu: “İnter”, “Rəvan”, Şimal Elit yığması, Cənub Elit yığması
D qrupu: “Neftçi”, “Sumqayıt”, “Vətən”, Naxçıvan Elit yığması