Kubokun sahibi müəyyənləşdi
17.02.2014 - 18:36
Kubokun sahibi müəyyənləşdi

AFFA-nın U-14 Liqasında çıxış edən komandalar üçün təşkil etdiyi kubok yarışına yekun vurulub. Apasport.az saytının məlumatına görə, "Bakcell U-14 Elit Kuboku"nun qalibi adına “Neftçi” layiq görülüb.

“Ağ-qaralar” final matçında “İnter”i 2:0 hesabı ilə məğlub edib. III yer uğrunda qarşılaşmada isə “Bakı” “Qarabağ”ı üstələyib – 3:1.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, “Bakcell” şirkətinin nümayəndələri Fərid Dadaşov və Ayaz Əhmədov, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov, Azərbaycan milli komandasının üzvləri Vaqif Cavadov və Rauf Əliyev, "Neftçi"nin prezidenti Sadıq Sadıqov və "İnter"in kənar-idarəçisi Georgi Nikolov təqdim ediblər.

Mənbə: affa.az