Kurban Berdıyev “Anji”də
10.02.2014 - 11:33
Rusiyanın “Rubin” klubunun sabiq baş məşqçisi Kurban Berdıyevin yeni iş yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 61 yaşlı türkmənistanlı mütəxəssis “Anji”də çalışacaq.
Berdıyev Mahaçqala təmsilçisinin baş məşqçisi Hacı Hacıyevin məsləhətçisi vəzifəsini tutacaq.
Qeyd edək ki, 12 il “Rubin”ini çalışdıran Kurban Berdıyev ötən ilin dekabrında istefaya göndərilib. Millimizin üzvü Ruslan Abışov məhz onun istəyi ilə Kazan klubuna cəlb olunmuşdu.
0
0