Kurtua “Atletiko”da qalmaq istəyir
25.05.2014 - 19:47
Kurtua “Atletiko”da qalmaq istəyir

 

“Çelsi”dən icarəyə götürülən qapıçı Tibo Kurtua növbəti mövsümdə də “Atletiko Madrid”lə qalmaq istəyir. Apasport.az saytının məlumatına görə, londonluların məşqçisi Joze Mourinyo belçikalı qapıçını növbəti mövsüm İngiltərəyə qaytarmaq niyyətindədir.

 

Kurtua son 3 mövsümü “Atletiko”da keçirib. Madridlilərin baş direktoru Miqelya Marina qapıçının ən azı daha bir mövsüm “Atletiko”da oynamaq istədiyini açıqlayıb: “Bu barədə özü klub rəhbərliyinə deyib. İndi hər şeyə əsas qapıçısı zədəli olan “Çelsi”dən asılıdır”.

 

Kurtua bu mövsüm İspaniya çempionatında 37 oyun keçirib. Bu görüşlərdən 20-də qapısından qol buraxmayıb.