Kurtua “Çelsi”yə qayıtdı
11.07.2014 - 21:02
Kurtua “Çelsi”yə qayıtdı

 

“Atletiko Madrid”in qapıçısı Tibo Kurtua “Çelsi”yə qayıdıb. Apasport.az saytının məlumatına görə, belçikalı futbolçu artıq komanda yoldaşları ilə vidalaşaraq Londona uçub.

 

Məlum olduğu kimi, Tibo Kurtuanın hüquqları “Çelsi”yə məxsusdur. Qapıçı “Atletiko”nun şərəfini icarə əsasında qoruyub. Amma indi Joze Mourinyo onu geri qaytarır. Kurtua “Atletiko”nun bazasında olaraq, keçmiş komanda yoldaşları ilə görüşüb, əşyalarını yığıb və Londona yollanıb.

 

Qeyd edək ki, Tibo Kurtua “Atletiko”nun tərkibində İspaniya çempionatında, Avropa Liqasında, UEFA Superkubokunda qalib gəlib, Çempionlar Liqasının finalına yüksəlib.