Kurtua: Çexlə bir komandada olmağım ağıllı iş deyil
22.05.2014 - 04:30
Kurtua: Çexlə bir komandada olmağım ağıllı iş deyil

 

“Atletiko Madrid”in qapıçısı Tibo Kurtua “Çelsi”yə qayıtması ilə bağlı qərar qəbul etməyib. Apasport.az saytının xəbərinə görə, belçikalı qapıçı 2011-ci ildə “Çelsi” tərəfindən alınandan dərhal sonra “Atletiko”ya icarəyə verilib.

 

Madridlilər hələ də onların komandasında çıxış edən Kurtuanın hüquqlarını almağa hazır olduqlarını bildirirlər. Amma londonluların baş məşqçisi Joze Mourinyo perspektivli qapıçı ilə tam ayrılmağa tələsmir. Kurtua özü isə “Çelsi”yə qayıtması yolunda əsas maneə kimi Petr Çexin adını çəkir: “Mənim Petr Çexə böyük hörmətim var. O, müasir dövrün ən böyük qapıçılarından biridir. Buna görə də, bizim adımızın eyni komandaya salınmasını heç də ən ağıllı qərar hesab etmirəm. Bizim hər ikimiz hər oyunda meydana çıxmaq istəyirik. Bizi ancaq Liqa Kuboku və ya İngiltərə Kuboku qane edə bilməz. Buna görə də, vəziyyət aydın deyil. Növbəti həftədə “Çelsi” nümayəndələri ilə görüşmək, onların nə istədiyini, bizim nə istədiyimizi aydınlaşdırmaq niyyətindəyik. Baxaq nə olur”.