İspaniya La Liqasında mübarizə aparan klubların rəhbərləri “Boxing Day” sistemini müzakirə etməyə hazırlaşır. Apasport.az saytının xəbərinə görə, gündəmdəki əsas məsələlərdən biri çempionatda iştirak edən klubların sayının 20-dən 18-ə endirilməsidir.
Bundan əlavə, çempionatın təqviminin sıxışdırılması da müzakirə obyekti ola bilər. Bəzi klublar İngiltərədə mövcud olan “Boxing Day”in tərəfdarıdı.
Yəni, onlar yeni il ərəfəsində həftədə bir neçə turun baş tutmasını dəstəkləyirlər. İlk öncə, İspaniya klublarının məqsədi “Boxing Day”in hesabına kommersiya əməliyyatlarının yaxşılaşdırılmasını və la Liqaya marağın artırılmasıdı.