Latviya yığması millimiz üçün heyətini açıqladı
28.08.2014 - 12:48
Latviya yığması millimiz üçün heyətini açıqladı

19 yaşadək qızlardan ibarət Latviya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Oleq Blaqonadejdin bu gün və sabah U-19 millimizlə keçirəcəyi yoldaşlıq oyunları üçün 18 futbolçu ilə hazırlıqlara başlayıb.

 

Həmin görüşlər Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Qarşılaşmalar Riqanın “Arkadiya” stadionunda baş tutacaq.

 

Qapıçılar: Anastasiya Çumika(“Olayne”), Mariya İbrahimova (Riqa futbol məktəbi);

 

Müdafiəçilər: Angelina Yeqorova, Yuliya Tyumina (hər ikisi “Liepaya”), Laura Strautinya, Yana Zakabluçnaya, Alina Aleynikova (hər üçü “Olayne”), Nadejda Tsiplakova (Riqa futbol məktəbi);

 

Yarımmüdafiəçilər: Olqa Tomofeyeva (VRS), Valentina Batnya, Sindiya Strankale (hər ikisi “Rezeknes”), Anastasiya Romanova (“Olayne”), Alina Şilova, Olesya Baumane (hər ikisi “Liepaya”), Liqita Tumane (“Preylyu”);

 

Hücumçular: Kristiana Zverbule (VRS), Alise Rukse (klubsuz), Renate Fedotova (Riqa futbol məktəbi).

 

Qeyd edək ki, Riqada təlim-məşq toplanışında olan millimiz dünən Latviyanın U-17-ni 3:0 hesabı ilə məğlub edib.