“Rəvan” klubuna lazım olmayan İvan Pexa hələ də Azərbaycandadır. Apasport.az saytının məlumata görə, slovakiyalı futbolçu paytaxt klubundan alacağı olduğu üçün ləngiyib.
“Rəvan”la mövsümün sonunadək müqaviləsi olan 28 yaşlı müdafiəçi göndərilməyinin müqabilində təzminat istəyir. Paytaxt klubun rəhbərliyi 2009-2011-ci illərdə “Xəzər Lənkəran”ın da şərəfini qoruyan slovakiyalı ilə görüşüb, məsələni yoluna qoymağı planlaşdırır.
Qeyd edək ki, Pexa ötən ilin yayında Belarusun “Neman” klubundan “Rəvan”a keçmişdi. O, mövsümün ilk yarısında 17 görüşdə meydana çıxıb və 4 dəfə sarı vərəqə ilə cəzalandırılıb.