Lempard “Nyu-York Siti”yə keçir
31.05.2014 - 06:35
Lempard “Nyu-York Siti”yə keçir

 

“Çelsi”nin lideri Frank Lempard komandanı tərk edərək, okeanın o tayına yola düşə bilər. Apasport.az saytının məlumatına görə, 35 yaşlı yarımmüdafiəçinin “Nyu-York Siti” klubunda oynayacağı bildirilir.

 

Lempardın “Çelsi” ilə müqaviləsi iyunun 30-da başa çatır. Hələlik klub ona yeni müqavilə təklif etməyib. Bəzi məlumatlara görə, “Çelsi” Lemparda daha aşağı maaşla müqavilə təklif etmək niyyətindədir. Amma futbolçunun bu şərti qəbul etməyəcəyi iddia olunur.

 

“Nyu-York Siti”nin Lemparddan əlavə “Atletiko”nun hücumçusu David Vilya və “Barselona”nın yarımmüdafiəçisi Xavini almaq istədiyi də vurğulanır.