Lənkəranda son duel, Bakıda gümüş savaşı
04.04.2014 - 10:23
Lənkəranda son duel, Bakıda gümüş savaşı

Sabah Topaz Premyer Liqasında XXIX tura start veriləcək. Apasport.az saytının məlumatına görə, iki gün davam edəcək turun 3 qarşılaşması Bakıda, 2-si paytaxtdan kənarda baş tutacaq.

 

İlk oyun günündəki 3 görüşdən ikisi eyni vaxtda başlayacaq. Açılış oyunlarında lider və autsayderlər meydana çıxacaq. Çempionluq yarışında rəqiblərindən xeyli uzaqlaşmağı bacaran “Qarabağ” son 3 pillədən birində qərarlaşan AZAL-ın qonağı olacaq. 

 

16 turdur qol buraxan, 10 oyundur qalib gəlməyən bakılılar Ağdam təmsilçisi üçün çətin rəqibdir. 2 dəfə rəqibini büdrədən AZAL ardıcıl 5 böyük hesablı qələbə qazanan liderin seriyasını qırmağa çalışacaq. Paytaxt təmsilçisi cari mövsüm hər oyunda “Qarabağ”ın qapısına qol vurub. Ağdamlılar isə son 4 turda qol buraxmır.

 

Çempionatın aşkar autsayderləri “Rəvan”la “Sumqayıt”ın dueli Premyer Liqada qalmaq baxımından böyük əhəmiyyət kəsb edir. Rəqibindən 1 xal geri qalan Aqil Məmmədovun yetirmələri səfərdə oynasalar da, cari mövsüm hər oyunda qol buraxdığı Bakı klubunu büdrətmək əzmindədirlər.

 

İlk oyun gününün son matçında əyalət klubları üz-üzə gələcək.  Çempionatda işləri yaxşı getməyən “Xəzər Lənkəran”la “Qəbələ” cənubluların meydanında üz-üzə gələcək. Ölkə kubokunun yarımfinalında da qarşılaşacaq komandalar çempionatda son duellərinə çıxacaqlar. Xal itkisi meydan sahiblərinin 6-cı yer şanslarını daha da çətinə sala bilər. “Qəbələ” isə mükafat ümidlərini itirməmək üçün qalib gəlməyə borcludur.

 

Bazar günü baş tutacaq iki qarşılaşmadan biri daha çox əhəmiyyət kəsb edir. “Neftçi” ilə “Bakı” arasında paytaxt derbisi gümüş medallar uğrunda mübarizədə böyük əhəmiyyət kəsb edir. Bu komandaların cari mövsüm keçirilən oyunlarında hər dəfə meydan sahibləri qalib gəlir. Çempionluq yolunda nəzəri şanslarını da itirməmək üçün “Neftçi” qonaqları yenməlidir.

 

Tura “qardaşlar”ın dueli ilə yekun vurulacaq. Ardıcıl 2-ci dəfə Zaqatalada baş tutacaq görüş hər iki komanda üçün vacibdir. 5-ci yerə çatmaq şansı yaranan “Simurq” böyük qardaşına qalib gəlsə, durumunu daha da yaxşılaşdıracaq. “İnter” üçün isə xal itkisi medallar uğrunda mübarizədə böyük zərbə olacaq.

 

XXIX tur, 5 aprel (şənbə)

 

17:00. “Rəvan” – “Sumqayıt”
İlk 3 dövrədəki oyunlar: 1:0, 1:1, 1:1
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Tahir Əhmədov
“Bayıl Arena” stadionu

 

17:00. AZAL – “Qarabağ”
İlk 3 dövrədəki oyunlar: 1:0, 1:1, 1:2
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Həsənov Rəhim, Yusifov Fariz
“AZAL Arena” stadionu

 

18:00. “Xəzər Lənkəran” – “Qəbələ”
İlk 3 dövrədəki oyunlar: 0:2, 0:0, 3:2
Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, Rza Məmmədov, Nail Nağıyev
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ömər Paşayev
“Xəzər Lənkəran” mərkəzi stadionu

 

6 aprel (bazar)

15:30. “Neftçi” – “Bakı”
İlk 3 dövrədəki oyunlar: 0:3, 2:1, 0:2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elman Musayev, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov
“Bakcell Arena” stadionu

 

16:00. “Simurq” – “İnter”
İlk 3 dövrədəki oyunlar: 2:1, 0:0, 0:1

Hakimlər: Vüsal Əliyev, Rahil Ramazanov, Coşqun Həsənov, Mahir Məmmədov Zaqatala şəhər stadionu

 

 №

komanda

o

q

h

m

t

x

1

Qarabağ

28

18

7

3

53-14

61

2

Neftçi

28

15

6

7

41-33

51

3

İnter

28

14

6

8

44-31

48

4

Bakı

28

14

6

8

45-30

48

5

Qəbələ

28

13

5

10

37-31

44

6

Simurq

28

10

9

9

31-22

39

7

Xəzər L

28

8

10

10

28-39

34

8

AZAL

28

6

8

14

27-42

26

9

Rəvan

28

3

8

16

15-49

17

10

Sumqayıt

28

3

7

18

18-48

16


Bombardir: Reynaldo (Qarabağ- 17