Levandovski “Bavariya”da qalmaq istəyir
18.02.2016 - 21:32
Levandovski “Bavariya”da qalmaq istəyir

“Bavariya”nın hücumçusu Robert Levandovski klubunda qalmaqda maraqlıdı. Apasport.az saytının məlumatına görə, bu barədə “Bild” nəşrinə hücumçu özü açıqlama verib.

 

“Düzünü deyim ki, mənə xarici klublardan təkliflər çox gəlir. Ancaq əminliklə deyə bilərəm ki, “Bavariya” ilə müqaviləmi uzatmaqda maraqlıyam. Burada əla komanda və kollektiv var” deyə polşalı forvard bildirib.

 

Qeyd edək ki, İspaniya mətbuatı yay transfer pəncərəsi zamanı Levandovskinin “Real”a keçəcəyini iddia edirdi.