Levandovski “Real”a keçir?
05.12.2015 - 12:11
Levandovski “Real”a keçir?

“Bavariya”nın aparıcı hücumçusu Robert Levandovski komandasını dəyişmək fikrindən vaz keçmir. Apasport.az saytı xəbər verir ki, karyerasını İspaniyada davam etdirmək istəyən polşalı forvard istəyinə çatmağa çox yaxındı.

 

Çünki İspaniya nəhəngi “Real” ulduz futbolçunun transferi üçün əməli fəaliyyətə başlayıb. Madrid təmsilçisi ən geci mövsümün sonunda Levandovskini heyətinə cəlb etməkdə israrlıdı və artıq qarşı tərəfə bununla bağlı müraciət edilib.

 

Qeyd edək ki, Levandovski “Barselona”nın da maraq dairəsindədi.