Levandovski qalmaqalla üzləşdi
24.01.2014 - 17:16
Levandovski qalmaqalla üzləşdi

Dortmundun “Borussiya” klubunun hücumçusu Robert Levondovskinin adı qalmaqalda hallanır. Apasport.az saytının məlumatına görə, gecə saatlarında həyat yoldaşı ilə gəzintiyə çıxan polşalı legioneri 17 yaşlı azarkeş təhqir edib. Bununla razılaşmayan futbolçunun ona xəsarət yetirdiyi bildirilir.

 

Azarkeş isə bundan sonra polisə müraciət edib və Levandovski haqqında cinayət işi açılıb. Polşalı hücumçu öz rəsmi sosial şəbəkələrdə bu xəbəri təkzib edərək, belə bir hadisənin baş vermədiyini vurğulayıb.

 

Sabir Bacaran