Lider “təyyarəçilər”ə qarşı, Dənizlinin növbəti sınağı
13.02.2014 - 10:21
Lider “təyyarəçilər”ə qarşı, Dənizlinin növbəti sınağı

Sabah Topaz Premyer Liqasında XXI tura start veriləcək. Apasport.az saytının məlumatına görə, 4 qarşılaşması şənbə günü baş tutacaq turun açılış oyunu Zaqatalada olacaq.

 

Azərbaycan futbolunda “qardaşlar” kimi tanınan “İnter”lə “Simurq” mövsümdə ilk dəfə sonuncuların meydanında üz-üzə gələcək. İlk 2 dövrədə rəqibini qəbul edən bakılılar 2014-cü ildəki qələbə seriyasını səfərdə davam etdirməyə çalışacaq. Bu oyun Premyer Liqada çalışan gürcüstanlı mütəxəssislər Kaxaber Sxadadze ilə Georgi Çixradzenin növbəti dueli olacaq.

 

İkinci oyun günü isə turun mərkəzi görüşü ilə start götürəcək. İlk “beşlik”də qərarlaşan “Neftçi” ilə “Bakı” paytaxt derbisində qarşılaşacaq. Çempionatın ən məhsuldar komandalarının görüşündəki qələbə “Neftçi”ni ən azı bir neçə saatlıq zirvəyə yüksəlməsinə imkan verə bilər. Müdafiə xəttində ciddi itkiləri olan “ağ-qaralar” liderlər sırasındakı mövqeyini qorumağa, paytaxtın eyniadlı təmsilçisi isə ilk “üçlüy”ə yaxınlaşmaq üçün mübarizə aparacaq.

 

Əyalət təmsilçilərinin Qəbələdəki dueli də az maraq kəsb etmir. Mustafa Dənizlinin baş məşqçi təyinatından sonra məğlub olmayan “Xəzər Lənkəran” liderliyi ötən tur itirən “Qəbələ”nin qonağı olacaq. Yuri Syominin yetirmələri çətin sınaqdan 3 xalla ayrılsa, ağır oyunları olan “Neftçi” və “Qarabağ”ın xal itirməsindən asılı olaraq irəliləyə bilər. Bu görüş həm də “Xəzər Lənkəran”ın sabiq oyunçuları Kamran Ağayevlə Elnur Allahverdiyevin cənublulara qarşı oynaması ilə əlamətdar olacaq.

 

“Qəbələ” və “Neftçi” kimi ilk “üçlük”də qərarlaşan “Qarabağ”ı da asan olmayan oyun gözləyir. Ağdamlılar cari mövsümdə yenə bilmədikləri AZAL-la üz-üzə gələcək. Vaqif Sadıqovun yetirmələri autsayderlərin qonşuluğunda qərarlaşsa da, istənilən komanda üçün arzuolunmaz rəqib olduğunu sübut edə bilib. Lakin 8 turdur qol buraxan “təyyarəçilər” “Qarabağ”ın hücum xətti qarşısında çətinlik çəkəcəyi də şübhə doğurmur.

 

Bu tur həm də autsayderlərin dueli ilə diqqət çəkir. 17 matçdır qələbə nə olduğunu bilməyən “Sumqayıt” 15 oyunluq həsrət yaşayan “Rəvan”ı qəbul edəcək. Aqil Məmmədovun yetirmələri qalib gəlməyi bacarsa, son pilləni rəqibinə təhvil verəcək. Bakılılar isə 6 oyunluq məğlubiyyət seriyasına son qoymaqla mövqeyini qorumuş olacaq.

 

Topaz Premyer Liqası

XXI tur

14 fevral (cümə)

15:00. “Simurq” – “İnter”
Zaqatala şəhər stadionu
 

15 fevral (şənbə)

13:30. “Bakı” – “Neftçi”

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

 

15:00. “Qəbələ” – “Xəzər Lənkəran”
Qəbələ şəhər stadionu
 

16:00. “Sumqayıt” – “Rəvan”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança

17:00. “Qarabağ” – AZAL
Tofiq Bəhramov adına Respublika stadionu

 

 

komanda

o

q

h

m

t

x

1

Qarabağ

20

11

6

3

32-12

39

2

Neftçi

20

11

5

4

32-21

 38

3

Qəbələ

20

12

2

6

30-17

38

4

İnter

20

10

3

7

31-23

33

5

Bakı

20

10

3

7

35-22

33

6

Xəzər L

20

6

8

6

19-26

26

7

Simurq

20

6

7

7

19-18

25

8

AZAL

20

6

7

7

20-27

25

9

Rəvan

20

1

6

13

11-39

9

10

Sumqayıt

20

1

5

14

13-37

8


Bombardir: Vaqif Cavadov (“İnter”) – 10.