Lider və izləyicisi canlı yayımda
03.04.2014 - 09:01
Lider və izləyicisi canlı yayımda

Topaz Premyer Liqasında XXIX turun 2 oyunu canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, həftəsonu baş tutacaq turun hər oyun günündə 1 matç televiziya ilə nümayiş olunacaq.

 

Hər iki oyunu yayımlayacaq “İdman Azərbaycan” kanalı çempionatın lideri və izləyicisinin oyununa üstünlük verib. Aprelin 5-də “Qarabağ”ın AZAL-la səfər oyununu tamaşaçılara göstərəcək kanal ertəsi gün “Neftçi”nin “Bakı” ilə paytaxt derbisini təqdim edəcək.

 

5 aprel (şənbə)

17:00. AZAL – “Qarabağ”
“AZAL Arena” stadionu

 

06 aprel (bazar)

15:30. “Neftçi” – “Bakı”
“Bakcell Arena” stadionu

 

Mənbə: pfl.az