"Neftçi" lider qarşısında, "Xəzər Lənkəran"ın Bayıl sınağı
06.12.2014 - 15:21
"Neftçi" lider qarşısında, "Xəzər Lənkəran"ın Bayıl sınağı

Sabah Topaz Premyer Liqasında XV turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, eyni gündə baş tutacaq 4 qarşılaşma fərqli vaxtlarda başlayacaq.

 

Tura liderlərin qarşılaşması ilə start veriləcək. Bütün ölkə çempionatlarının iştirakçısı olan “Qarabağ”la “Neftçi” Tofiq Bəhramov adına respublika stadionunda üz-üzə gələcək. 3 oyundur qələbə qazana bilməyən paytaxt təmsilçisi son çempionla xal fərqini azaltmaq üçün qalib gəlməlidi. Son 3 qarşılaşmada xal itirməyən ağdamlılar isə növbəti qələbəylə həm üstünlüyünü artıracaq, həm də Avropa Liqasının İtaliya “İnter”i ilə son matçına yüksək əhval-ruhiyyə ilə çıxacaq.

 

“Neftçi”nin xal itirməsi daha çox “İnter”in işinə yaraya bilər. Çünki uğursuzluq zolağından ötən tur çıxan AZAL-la qarşılaşmada qələbə qazansa, “bankirlər” 2-ci yerə yüksələ bilər.  “Təyyarəçilər” isə bir, hətta iki pillə irəliləmək imkanına malikdi.  Bu isə daha tez başlayan digər qarşılaşmadan asılıdı.

 

Söhbət Bayıl stadionundakı matçdan gedir. Mərkəzi oyunda olduğu kimi burada da turnir cədvəlindəki qonşular görüşəcək. Orta pillələrdə qərarlaşan “Xəzər Lənkəran”la “Qəbələ” mövqelərini itirməmək üçün qalib gəlməlidi. Belə olan halda AZAL-ı önə buraxmaq təhlükəsini adlamaqla yanaşı, bir pillə irəliləmək də mümkündü. Qəbələ təmsilçisi səfərə 4 matçlıq qələbə həsrətinə qon qoymaq üçün yollanıbsa meydan sahibləri də 2 turdu 3 xal həsrətindədi.

 

Belə seriyası 8-ə çatan “Sumqayıt” isə tarixi ərzində uda bilmədiyi “Simurq”u qəbul edəcək. İlk “üçlüy”ün arxasında qərarlaşan Zaqatala təmsilçisi liderlərə yaxınlaşmaq üçün mütləq qalib gəlməlidi. Xal itkisi isə izləyicilərinin işinə yaraya bilər.

 

Qeyd edək ki, XV turda “Bakı” istirahət edəcək.

 

XV tur
7 dekabr (bazar)


15:15. “Qarabağ” – “Neftçi”
I dövrədəki oyun – 3:1

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Ramil Diniyev
Tofiq Bəhramov adına Respublika stadionu
 

16:00. “Sumqayıt” – “Simurq”
I dövrədəki oyun – 2:3

Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Azər Əsgərov, Ramil Əhmədov
“Kapital Bank Arena”
 

17:00. “Xəzər Lənkəran” – “Qəbələ”
I dövrədəki oyun – 1:1

Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Mübariz Haşımov, Vüsal Əliyev
“Bayıl Arena”

17:15. “İnter” – AZAL
I dövrədəki oyun – 1:1

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nihad Əliyev, Fariz Yusifov 
“İnter Arena”

 

1.

Qarabağ

12

8

3

1

23:13

27

2.

Neftçi

12

6

4

2

15:8

22

3.

İnter

12

5

6

1

21:4

21

4.

Simurq

13

5

2

6

18:17

17

5.

Xəzər Lənkəran

12

4

3

5

16:16

15

6.

Qəbələ

12

3

5

4

15:18

14

7.

AZAL

12

3

4

5

14:22

13

8.

Sumqayıt

12

3

2

7

14:20

11

9.

Bakı

13

2

3

8

10:28

9

 

Bombardir: Mikel Alvaro (“İnter”) - 8