Dəniz(li)də batanlar
15.02.2014 - 17:10
Dəniz(li)də batanlar
Topaz Premyer Liqasının ikinci yarısı liderlər qrupunda yer alan 3 komandanın “Xəzər Lənkəran”la qarşılaşması ilə əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, “Qarabağ”la “Qəbələ” öz meydanında, “Neftçi” isə səfərdə Mustafa Dənizlinin baş məşqçisi olduğu “ağ-yaşıllar”la üz-üzə gəldi.

Türkiyəli mütəxəssisin gəlişinədək oyununu tapa bilməyən və mövsümün ilk yarısını boşa verən cənub təmsilçisi III dövrənin startından maksimuma yaxın dərəcədə yararlana bildi. Belə ki, əvvəlki dövrələrdə Con Toşakın rəhbərlik etdiyi “Xəzər Lənkəran”dan xal almağa çətinlik çəkməyən liderlər bu dəfə iddialı və güclü rəqib qarşısında aciz qaldılar.

Dənizli kimi mütəxəssislə dueldən yalnız “Neftçi” məğlubiyyətsiz, 2 xal itkisi ilə ayrıldı. Lakin bu bir xal ciddi cərimələr, növbəti xal itkilərinə səbəb olan cəzalarla əlamətdar oldu. Yalnız “Neftçi”nin xal ala bildiyi “Xəzər Lənkəran”ın çempionatın ortababları sırasına düşməsinin təsadüf olduğunu digər iki liderə də göstərdi.

Özü də hər iki halda, zirvədəki komandanı taxtdan salmaqla. Belə ki, nə “Qarabağ”, nə də “Qəbələ” Dənizlinin yetirmələrindən xal alıb. “Neftçi” səfərdə 2:2 hesablı heç-heçə etdisə, ağdamlılar öz meydanda 0:1, “Qəbələ” isə evdə 2:3 hesabı ilə uduzdu.

Qeyd edək ki, növbəti turda daha bir iddialı – “Bakı” Dənizlinin komandası qarşısında imtahan verəcək.