Lionel Messidən daha bir rekord
09.03.2015 - 10:53
Lionel Messidən daha bir rekord

“Barselona”nın hücumçusu Lionel Messi daha bir rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, La Liqanın XXVI turu çərçivəsində “Rayo Valyekano”nun qapısından 3 top keçirən argentinalı ulduz futbolçu Kataloniya klubundakı het-triklərin sayını 32-yə çatdırıb.

 

Bu isə İspaniya klublarında çıxış etmiş futbolçular arasında ən yüksək göstəricidi. Sıralamada “Atletik”li Telmo Serra 31 het-triklə ikinci, “Real”lı Alfredo di Stefano isə 28 het-triklə üçüncüdü. “Real”ın hücumçusu Kriştianu Ronaldonun aktivində isə 27 het-trik var.

 

Qeyd edək ki, Lionel Messi cari mövsüm La Liqadakı qollarının sayını 30-a yüksəldərək Kriştianu Ronaldoya çatıb.