“Lion”un hücumçusu Aleksandr Lakazett komandasını dəyişməyə hazırlaşır. Apasport.az saytı xəbər verir ki, 24 yaşlı futbolçu karyerasını çox güman ki, elə Fransada, amma başqa klubda davam etdirəcək.
Liqa 1-in bombardiri son üç mövsümün çempionu PSJ ilə ilkin razılıq əldə edib. “Mançester Yunayted” və “Liverpul”un da maraq dairəsində olan Fransa millisinin üzvü üçün ingilislər 30 milyon avro təklif ediblər. Lakin Lakazett özü PSJ-yə keçmək qərarına gəlib. İndi Paris klubu “Lion”u bu transferə razı salmalıdı.
Qeyd edək ki, Aleksandr Lakazett 27 qolla Liqa 1-də 2014/15 mövsümünün bombardiri olub.