Lixteynşteynin futbolçusu yaşı qədər uduzub
12.10.2015 - 23:33
Lixteynşteynin futbolçusu yaşı qədər uduzub

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutan Avstriya - Lixteynşteyn matçı (3:0) “cırtdanlar”ın hücumçusu Mario Frikin karyerasındakı 51-ci milli matç olub. Apasport.az saytının məlumatına görə, 41 yaşlı veteran hücumçu Avstriya ilə matç da daxil olmaqla bu oyunların 41-də məğlubiyyət acısı dadıb.

 

Qeyd edək ki, bu, həm də rekord göstəricidi. Belə ki, bu vaxta qədər Andorra millisindən Oskar Sonexe 39, San-Marino yığmasından Endi Selva isə 36 milli matçda məğlubiyyət acısı dadıb.

0