Sabah San-Fransiskoda ABŞ və Azərbaycan milliləri arasında keçiriləcək yoldaşlıq oyununa böyük maraq var. Apasport.az saytının xəbərinə görə, yerli KİV-də bu barədə mütəmadi olaraq məlumatlar verilir.
ABŞ Futbol Federasiyasından verilən məlumata əsasən, oyunu işıqlandırmaq üçün 300-dən çox yerli və xarici mətbuat nümayəndəsi qeydiyyatdan keçib. Bununla yanaşı, ABŞ-ın dünya çempionatındakı rəqibləri – Almaniya, Portuqaliya və Qana yığmalarının məşqçilər korpusu da qarşılaşmanı izləyənlər arasında olacaq.
Qeyd edək ki, Almaniya yığmasını Yoahim Löv, Portuqaliyanı Paulu Bentu və Qananı Akvasi Appia çalışdırır.