Almaniya millisinin baş məşqçisi Yoahim Löv Braziliya millisi üzərində 7:1 hesablı qələbəni şərh edib. Apasport.az saytının məlumatına görə, bu qələbə almanlara səkkizinci dəfə dünya çempionatlarının finalına çıxmağa imkan verib.
Löv etiraf edib ki, heç kim nəticənin belə olacağını gözləmirmiş: “Mən də gözləmirdim. Bizim hansısa mənada bəxtimiz gətirdi. Erkən qol vura bildik. Artıq hesab 4:0 olanda rəqib tamamilə özünü itirmişdi. Braziliyanın oyununun təşkilatı itdi. Və artıq fasilə zamanı bilirdik ki, biz qalib gələcəyik. Amma biz qürrələnməməliyik və xatırlamalıyıq ki, əsas oyun qabaqdadır”.